Azərbaycan millisi ilk oyunda məğlub olub
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında ilk oyununa çıxıb. Polşa ilə qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3. Azərbaycan millisi dekabrın 6-da Ukrayna, 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.
Lalə Nəsib