Azərbaycan Premyer Liqası qayda pozuntularına görə dünyanın ilk “10-luğ”una düşüb
Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk 10-luğuna düşüb. Çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur. Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir. Bundan başqa, Azərbaycan çempionatının matçlarına orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu, ən çox vaxt artırılan 50-ci liqadır.
Lalə Nəsib