Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının 25-ci turunun cədvəlində dəyişiklik edilib. “Sumqayıt” – “Kəpəz” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16-da yox, 19-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub. Turun açılış matçı martın 1-də keçiriləcək.
Lalə Nəsib