Azərbaycan Prezidenti Pakistanın Baş nazirini təbrik edib
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifi yenidən Pakistanın Baş naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib. Təbrikdə, ölkələrimiz arasında münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurduğu vurğulanıb. Ölkə rəhbəri siyasi dialoqu davam etdirmək, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Şahbaz Şərifi Azərbaycana səfərə dəvət edib.
Lalə Nəsib