Azərbaycan sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsipləri irəli sürüb
Azərbaycan sülh gündəliyinə sadiqdir, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsipləri də Azərbaycan irəli sürüb. Bu fikirlər Prezident İlham Əliyevlə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransislə görüşündə səsləndirilib. Söhbət zamanı sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. Azərbaycan lideri BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri də qəbul edib.
Lalə Nəsib