Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq
"SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz". Bu fikirləri Prezident İlham Əliyev SPECA Zirvə görüşündə çıxışı zamanı bildirib. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edildiyini söyləyən ölkə rəhbəri Azərbaycan bu fonda 3,5 milyon ABŞ dolları ayıracağını vuğulayıb.
Lalə Nəsib