Canlı
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşəcəyi yer və tarix bəlli oldu

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş iyulun 11-i Avstriyanın Mauerbax şəhərində keçiriləcək. Trend bu barədə diplomatik dairələrə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, nazirlərə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşmək təklif olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də görüşdə iştirak edəcəyi gözlənilir.

Ruhəngiz Hacızadə