Azərbaycan və Qazaxıstan prezidentləri Çindən Bakıya konteyner qatarının gəlişini izləyiblər
Azərbaycan və Qazaxıstan Prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Adından hər 2 dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Azərbaycan və Qazaxıstan liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidentinin azərbaycanlı həmkarı ilə məhdud tərkibdə görüşü olub. Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.
Lalə Nəsib