Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələsini müzakirə ediblər
Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Lalə Nəsib