Azərbaycan voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək. Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən 9 il sonra yenidən bu hüquqa sahib çıxıb. 2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan 6-sı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.
Lalə Nəsib