Azərbaycan yeni iri çaplı pulemyot hazırlayıb
Prezident İlham Əliyev “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib. Azərbaycan Milli Stendində fərqli növdə atıcı silahlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Onlara yeni yaradılan “AH-12,7” iri çaplı pulemyot da daxildir. Sərginin sonunda sahibkarlar üçün biznes forumun keçirilməsi nəzərdə tutulur.
Lalə Nəsib