Azərbaycana narkotik keçirməyə çalışan İran vətəndaşları saxlanılıb
Astaranın Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirmək istəyən 2 iran vətəndaşı saxlanılıb. Onlardan ümumi çəkisi 8 kiloqram 75 qram marixuana və 2 ədəd Metadon həbi götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Lalə Nəsib