Azərbaycanda 2024-cü il üçün qeyri-iş günləri açıqlanıb
Azərbaycanda 2024-cü il üçün qeyri-iş günləri açıqlanıb. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək. Qurban bayramında 16, 17 iyun, Ramazan bayramında isə 10, 11 aprel qeyri-iş günü sayılır.
Lalə Nəsib