Azərbaycanda hərbi zavodda partlayış olub, xəsarət alanlar var
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda texnoloji proses zamanı istehsalat qəzası olub. Hadisə nəticəsində 3 nəfər Elçin Babayev, İsmayıl Muradov və Məhəmməd İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Lalə Nəsib