Azərbaycandan qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 11 nəfər saxlanılıb
Bakıda müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər saxlanılıb. Həmin əcnəbilər öz həmvətənləri tərəfindən pul müqabilində Avropa ölkələrinə keçəcəkləri vədi ilə dələduzluğa məruz qalıblar. Araşdırmalar davam etdirilir.
Lalə Nəsib