Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Türkiyə Kuboku ilə vidalaşıb
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda mübarizəni dayandırıb. Bölgə təmsilçisi 1/16 finalda "Başakşehir"in qonağı olub. Qarşılaşma İstanbul klubunun qələbəsi ilə bitib - 1:0. İsgəndərli bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Lalə Nəsib