Azərbaycanlı hücumçu İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır
Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır. “Yurqorden” klubunun oyunçusu ən bahalı 9-cu futbolçudur. 21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidir.
Lalə Nəsib