Azərbaycanlı nümayəndə Avropa Kubokunun 1/8 final matçına təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin oyununu idarə edəcək. Mütəxəssis Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq. Yanvarın 20-də Bodrum şəhərində baş tutacaq görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Lalə Nəsib