"Azərreyl" "Gəncə"ni məğlub etdi
Qadın voleybolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatının Yüksək Liqasında 12-ci turun oyunları keçirilir. Tur çərçivəsində "Gəncə" doğma meydanda "Azərreyl"i qəbul edib. Oyun qonaqların 3:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Azərreyl" turnir cədvəlində 30 xalla 1-ci yeri özündə saxlayıb. 13 xallı "Gəncə" 6 komandalı çempionatda 4-cü pillədə qərarlaşıb.
Lalə Nəsib