Azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində 20 min seçici ilk dəfə səs verəcək
Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib. Bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səs verəcək. Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu da bəyan edib.
Lalə Nəsib