Azad olunmuş ərazilərdə məişət tullantıları poliqonları yaradılacaq
İşğaldan azad olunan rayonlardan 7-nin ərazisində tullantı poliqonları, 2 rayon ərazisində isə ötürücü məntəqələrin salınması üçün ərazi ayrılıb. Bu barədə poliqonlar üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin müzakirəsi zamanı deyilib. 9 sənəd hazırlanıb, bütün layihə məlumatları həmin sənədə daxil edilib, Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub.
Lalə Nəsib