Böyük Dəbilqədə medal qazanan cüdoçularımız dünya reytinqində mövqelərini yaxşılaşdırıblar
Paris Böyük Dəbilqə turnirində gümüş medal qazanan cüdoçularımız dünya reytinqində mövqelərini yaxşılaşdırıblar. 81 kq çəki dərəsində ikinci olan Zelim Tçkayev 9-cu yeri tutur. Yığmanın digər gümüş mükafatçısı Elcan Hacıyev isə mövqeyini 13 pillə yaxşılaşdırıb. Azərbaycanlı cüdoçu 31-cidir. Azərbaycan komandasının lideri Hidayət Heydərov öz çəkisindən dünya reytinqinə başçılıq edir.
Lalə Nəsib