Canlı
Bərdə sakini arvadını taxta parçası ilə döyüb

Bərdə rayonunda yerli sakin arvadını taxta parçası ilə döyüb. Şəhər sakini 23 yaşlı Səfurə Bayramova hər iki gözünün sıyrılmış, cırılmış, əzilmiş yarası və ağır kəllə-beyin travması ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın əri tərəfindən taxta parçası ilə döyülüb. Fakt araşdırılır.

Fərid Mehdiyev