Baş prokurorluq yeni tikililərdə mənzil alanlara xəbərdarlıq edib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini cinayət məsuliyyətinə cəlb edib. Buna eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları səbəb olub. Vətəndaşlarıa dəyən maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Lalə Nəsib