Baş Qərargah rəisi sərhəddəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb
Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olub. Yüksək dağlıq ərazilərdə yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb. Şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Lalə Nəsib