Bakı və Sumqayıtda oğurluq edən şəxslər yaxalanıblar
Sumqayıtda 2 keçmiş məhkum Vüqar Nəsibov və Ruslan Heydərov saxlanılıb. Onlar bir nəfərin bank kartından 6 050 manat oğurlamaqda təqsirli bilinirlər. Bakıda isə bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov da tutulublar. Araşdırma aparılır.
Lalə Nəsib