Bakıda 32 yaşlı şəxs bıçaqlanaraq öldürülüb
Bakının Yasamal rayonu ərazisində 1999-cu il təvəllüdlü Şahlar Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqla qətlə yetirib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.
Lalə Nəsib