Bakıda 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar
Bakının Suraxanı rayonunda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar. Yeni Günəşli və Zığ qəsəbəsi ərazisində isə avtomobillərin şüşələrini qıraraq maqnitofon, obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar talayan əvvəllər məhkum olunmuş Əhməd Cəfərov və Əli Səfərov tutulub.
Lalə Nəsib