Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb
Bakıda avtoxuliqanlıq edən Anar Piriyev saxlanılıb. Sürücünün yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib. Sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Lalə Nəsib