Bakıda bələdiyyə sədri həbs edilib, külli miqdarda rüşvət almaqda ittiham olunur
Bakının Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyevin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Onun torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. Fikrət Quliyev həbs edilib.
Lalə Nəsib