Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Bakıda iranlı narkotacirə kuryerlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb. Ondan 3 kiloqram 105 qram marixuana aşkar edilib. O, narkotiki sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib. Barəsində cinayət işi başlanılıb.
Lalə Nəsib