Bakıda mebel sexində partlayışda ölənlərin sayı 10-a çatıb
Yanvarın 15-də Bakıda mebel sexində baş verən partlayış-yanğında ölənlərin sayı artıb. Baş Prokurorluqdan verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Adil Rüstəmov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb.
Lalə Nəsib