Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb
Bakının Yeni Günəşli qəsəbəsində narkotikə görə 4 nəfər saxlanılıb. Onlardan 1 kq yaxın metamfetamin və heroin aşkarlanıb. Saxlanılan şəxslərin evlərdən oğurluq etdikləridə də müəyyən olunub. Əlavə olaraq, qəsəbə sakinləri 2 ədəd odlu silahı polisə könüllü təhvil veriblər. Ağcabədidə isə ötən il mağazaların birindən içərisində 8860 manat pul olan ödəmə terminalını oğurlayan keçmiş məhkum Nahid Kərimov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib