Bakıda qəfildən qatarın qarşısına çıxan şəxs həyatını itirib
Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 32 yaşlı Elsevən Kərimov qəfildən qatarın qarşısına çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
Lalə Nəsib