Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Səbail rayonu Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində alov evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən söndürülüb. Təqribən 700 kv.m sahədə qamışlıq yanıb.
Lalə Nəsib