Bakıda sexdəki partlayışda ölənlərin sayı 6-ya çatıb
Bakıda sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb. Hadisə zamanı 3 nəfər xilas edilib, 24 nəfər xəsarətlər alıb, 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarət alanların vəziyyətləri stabildir. Yanğın tam söndürülüb. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 3 min kvadratmetrlik sahəsi dağılıb. Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalovun sözlərinə görə, faktla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib