Bakıda sexdəki partlayışda ölənlərin sayı 8-ə çatıb
Bakıda sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 8 nəfərə çatıb. Ötən gün baş vermiş hadisə nəticəsində 24 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Lalə Nəsib