Bakıda silah-sursat aşkarlanıb
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində istifadəyə yararlı 2 ədəd tüstülü əl qumbarası, 1 ədəd UZRQM mexanizm və TOZ-8 yivli ov silahı aşkarlanıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupu tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra silah-sursatlar ərazidən götürülüb.
Lalə Nəsib