Bakıdakı partlayış yerində axtarış-xilasetmə işləri yekunlaşdırıldı
Yanvarın 15-də Binəqədi rayonunda mebel sexində baş verən partlayış nəticəsində ölənlərin şəxsiyyəti müəyyən olunub. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Hadisədən sonra 9 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 24 nəfər xəsarət alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən dağıntılar atından sağ çıxarılıb. Axtarış-xilasetmə işləri yekunlaşdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, partlayışın səbəbinin, dəymiş ziyanın həcminin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Lalə Nəsib