Binəqədidə baş vermiş partlayış-yanğın hadisəsi ilə bağlı iki nəfər həbs olunub
Binəqədidə baş verən partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. Toplanmış sübutlarla “Bakı Ağac Emalı” ASC-nin səhmdarı və faktiki sahiblik edən Tağı İbrahimov və faktiki idarəçi Toğrul Rzayevin işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsinə əsaslı şübhələr müəyyən edilib. Barələrində cinayət işi açılaraq həbs ediliblər.Yanvarın 15-də baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Lalə Nəsib