Binəqədidə iki ədəd "Kalaşnikov" avtomatı aşkarlanıb
Binəqədinin Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd "Kalaşnikov" avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb. Həmçinin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb. Onlardan 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Lalə Nəsib