Braziliya millisi antirekorda imza atıb
Futbol üzrə Braziliya millisi antirekorda imza atıb. DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə uduzan "sambaçılar" cari ildə 5-ci məğlubiyyətlə üzləşiblər. Beşqat dünya çempionları 9 oyunun 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Braziliya millisi tarixdə ilk dəfədir ki, bir ildə keçirdiyi matçların yarısından çoxunda yenilib.
Lalə Nəsib