Bu günə qədər 28 min nəfərə təhsil tələbə krediti verilib
Bu günə qədər təhsil tələbə krediti almaq üçün 38 min 693 tələbə müraciət edib. Onlardan 491 nəfərin müraciəti natamam olub, 761 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 8738 nəfərin müraciətinə imtina cavabı verilib, 350 nəfərin müraciəti isə banka yönləndirilib. 28 min 353 nəfərə isə təhsil tələbə krediti verilib.
Lalə Nəsib