Bu gün “Neftçi” “Kəpəz”in qonağı olacaq
Ötən gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. Günün yeganə oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 39-a çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla üçüncü yerdə qərarlaşıb. Bu gün daha daha iki oyun keçiriləcək. İlk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək. Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
Lalə Nəsib