Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub. Ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Prezident İlham Əliyev İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatlarla çıxışında Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduğunu, bütün dövrlərdə bir-birinin ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verdiyini, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəklədiyini deyib. Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanın Avrasiya üçün önəmli ölkələrə çevrildiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü də keçirilib. Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb.
Lalə Nəsib