Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək. Qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək. "Arsenal" Londonda Portuqaliyanın "Portu" kollektivini qəbul edəcək. İlk matç "Portu"nun qələbəsi ilə bitib - 1:0. Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkəcək. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1. Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Çempionlar Liqasında daha əvvəl PSJ və "Bavariya" 1/4 finala vəsiqə əldə ediblər.
Lalə Nəsib