Bu gün UEFA Avropa Liqası çərçivəsində "Qarabağ" "Bayer Leverkuzen"i qəbul edəcək
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.
Lalə Nəsib