Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalının Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək. Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Nərgiz Camalzadə