Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Bu gün saat 17-dən etibarən 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır. Elm və Təhsil Nazirliyindən bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmənin yenidən başlanılacağı barədə məlumat veriləcək.
Lalə Nəsib