Bu gündən Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır

Bu gündən Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır. Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən içlasının qərarı rəsmi dərc olunub. Təqvim planına əsasən, 2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Proses fevralın 6-sı saat 8-də dayandırılacaq. Gələn il yanvarın 8-dək növbədənkənar Prezident seçkilərinə görə xaricdə seçki məntəqələri yaradılacaq. Yanvarın 28-də isə seçki bülletenləri hazırlanacaq. Yanvarın 31-dək səsvermənin keçirilmə tarixi,vaxtı və yeri barədə bildirişlərin seçicilərə paylanması yekunlaşacaq. Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkiləri ilə əlaqədar 2024-cü il yanvarın 18-dək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək. Yanvarın 28-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü ilin fevralın 7-də keçiriləcək.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik